Samirə Əfəndi Niderlanda getməyəcək

samire-efendi-niderlanda-getmeyecek
Oxunma sayı: 2942

Müğənni Samirə Əfəndi Niderlandda keçirilməsi planlaşdırılan “Eurovision – 2020” mahnı müsabiqəsinin postkart çəkilişlərinə qatılmayacaq.

“Qafqazinfo” xəbər verir ki, buna səbəb təşkilat komitəsinin koronavirusla bağlı Avropada tətbiq olunan karantin vəziyyəti nəzərə alaraq çəkilişləri ləğv etməsidir.

Müsabiqə rəhbərliyinin qərarına əsasən, tanıtım çarxları Amsterdam və digər şəhərlərdə lentə alınmayacaq, hər bir ölkənin iştirakçısı videoroliki yaşadığı ərazidə çəkdirəcək.

Qeyd edək ki, qərardan əvvəl 41 ölkə təmsilçisi Niderlanda getməli və çarxları orada hazırlamalı idi.