Samirə “Eurovision”da zəfər mesajı verəcək

samire-eurovisionda-zefer-mesaji-verecek
Oxunma sayı: 2127

Azərbaycanı “Eurovision” mahnı müsabiqəsində təmsil edəcək müğənni Samirə Əfəndi üçün 8 mahnı seçilib. Bu barədə “İnfe Azerbaijan” məlumat yayıb. Qeyd olunub ki, sözügedən bəstələrdən biri “focus group” tərəfindən seçiləcək.

“Qafqazinfo”nun əldə etdiyi məlumata əsasən, Samirə bu dəfə fərqli tərzdə tamaşaçı qarşısına çıxacaq. İddia olunur ki, Əfəndi “Eurovision” səhnəsində ballada ifa edəcək və Azərbaycanın Ermənistan üzərində qalibiyyətini nəzərə alaraq zəfərlə bağlı ifadələrə üstünlük veriləcək. 

Xatırladaq ki, bir neçə gün əvvəl İTV müsabiqə üçün mahnı qəbulunu fevralın 1-nə qədər uzadıb.