Samirə “Eurovision”un onlayn konsertində yer alacaq

samire-eurovisionun-onlayn-konsertinde-yer-alacaq
Oxunma sayı: 2796

Müğənni Samirə Əfəndi ləğv edilən “Eurovision-2020” mahnı yarışmasının yerinə təşkil olunan “Europe Shine A Light” (“Avropa işıqla parıldayır”) adlı  proqramda yer alacaq.

Bu barədə məlumatı İctimai Televiziya “Qafqazinfo”ya təsdiqləyib. Veriliş mayın 16-da Avropa saatı ilə 21:00-da yayımlanacaq.

“Mini Eurovision”un aparıcıları Chantal Janzen, Edsilia Rombley və Jan Smit olacaq.

Canlı olaraq iki saat davam edəcək proqramda Samirə Əfəndi daxil olmaqla 41 ölkə təmsilçisinin mahnıları təqdim olunacaq, onların COVİD-19 pandemiyası ilə bağlı çıxışları göstəriləcək.

1997-ci ildə birinci olan Katrina And The Wavesin “Love Shine A Light” adlı ifası yer alacaq. Eyni zamanda dünya ölkələrindən bir çox fanlar verilişdə virtual qonaq olaraq Jonny Loganın “What’s Another Year” mahnısını xor şəklində ifa edəcəklər.

Verilişi 46 ölkə canlı olaraq yayımlayacaq. Onlar müsabiqədə iştirak edənlər və iştirak etməyən Qazaxıstan, Kosovo, Çernoqoriya, Bosniya- Hersoqovina və Belçikanın ikinci kanalıdır.