“Bir ara saçımın rəngini dəyişmək istəyirdim. Sarıya oxşar rəngə boyadım, amma özümə yaraşdırmadım. İmicimdə dəyişiklik etməyə başlamışam. 58 kiloya düşmüşəm, dişlərimi dəyişdirtmişəm, gülüşümü “Hollivud gülüşü” etdim. Peşəkar stilistlərə müraciət edəcəm ki, tamamilə geyim tərzimdə, görünüşümdə dəyişiklik etsinlər. Hər kəsin öz geyim tərzi, zövqü var. Geyimlə sənət təbliğ edilməkdən əlavə, insan geyimlə öz adını daşıyır. Milli geyimlərə çox üstünlük verirəm. Mənim qədər fərqli milli geyimlərə pul xərcləyən yoxdur. Geyimlərim getdiyim məkana, verilişə görə seçirəm”.
Samirə şou-biznesdəki durğunluqdan da söhbət açıb:
“Mən durğunluq hiss etmirəm. Qalmaqal, söz-söhbət olmayanda düşünürlər ki, durğunluq var. Hərə öz məkanına çəkilib, özünəməxsus işlər görür. Hər kəs tutduğu yoldadır. Şou-biznesdə dəyişiklik, çevriliş edən yoxdur. Aşıq Samirə olaraq Ceyhunla fərqli mahnı ifa etməyim mənim çevrilişimdir. Tezliklə başqa bir aşıq mahnısına klip çəkdirəcəm, orada isə fərqli Samirə görəcəksiniz”.
Könül
Son xəbərlər
Son Xəbərlər