Samoada qızılcadan ölənlərin sayı 72 oldu

samoada-qizilcadan-olenlerin-sayi-72-oldu
Oxunma sayı: 701

Samoada qızılca epidemiyasından ölənlərin sayı artıb.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, xəstəlik artıq 72 nəfərin həyatına son qoyub. Ölənlərin çoxu 4 yaşınadək uşaqlardır. Bildirilir ki, ölkədə epidemiyaya yoluxanların sayı artıq 5,1 min nəfərə çatıb. 

Hakimiyyət kütləvi peyvənd barədə qərar qəbul edib, ölkədə iki günlük fövqəladə vəziyyət elan edilib.