İslandiyanın yeni prezidenti Qudni Youhannesson maraqlı açıqlama ilə diqqət mərkəzinə düşüb.
“Qafqazinfo” xəbər verir ki, o, ölkə millisinin sabah Fransaya qarşı ¼ final mərhələsində keçiriləcək görüşünü tribunadan izləyəcəyini bildirib.
Youhannesson VİP otaqda oturmaq istəmədiyini də deyib: “Mən tribunada - azarkeşlərin arasında olacam. Əynimə də yığmanın formasını geyinəcəm. Şampan içə-içə VİP otaqda niyə oturmalıyam?”
Qeyd edək ki, president Qudni Youhannesson vəzifəsinin icrasına avqustun 1-də başlayacaq.
Son xəbərlər
Son Xəbərlər