Samsunda kafeyə silahlı hücum - 5 yaralı

samsunda-kafeye-silahli-hucum
Oxunma sayı: 1114

Samsun şəhərində kafeyə silahlı hücum təşkil edilib.

Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, naməlum şəxs kafedə oturanlara silahla atəş açıb. Hadisə nəticəsində 5 nəfər yaralanıb.

Cinayəti törədən şəxs daha sonra hadisə yerindən qaçıb. Onun saxlanılması istiqamətində axtarışlar aparılır.