“Samsung” öz kriptovalyutasını yaradır

samsung-oz-kriptovalyutasini-yaradir
Oxunma sayı: 792

“Samsung” şirkəti özünün bolkçeyni üzərində çalışır və özünün Samsung Coin adlı kriptovalyutasını yaratmaq istəyir.

“Qafqazinfo” Technote-yə istinadən xəbər verir ki, şirkətin bolkçeyn sistemi “Ethereum” əsasında qurulacaq və gələcəkdə ictimai olacaq.

Şirkət öz blokçeyn sistemini “Samsung Pay” ödənişləri üçün inteqrasiya edə bilər. Lakin bu qərar hələki tam verilməyib. Bu layihə üzərində şirkətin naqilsiz texnologiyaları ilə məşğul olan şöbəsi çalışır. Layihə üzərində iş isə keçən ildən aparılır və hələki şirkət daxilində test mərhələsindədir.

Qeyd edək ki, “Galaxy S10” smartfon modellərinin daxilində “Blockchain Keystore” adlı kriptovalyuta portmanatı mövcuddur. O, “Ethereum”u və ERC tokenlərini dəstəkləyir.