Beləliklə, Azərbaycanın mobil bazarının lider operatoru Azercell, Samsung şirkəti ilə əməkdaşlıqda, rəsmi distribütor Integral şirkətinin vasitəsilə, yeni kampaniyanın başlanmasını elan edir. Kampaniya çərçivəsində Samsung Galaxy S5 telefonlarını sərfəli şərtlərlə əldə edərək, əlavə olaraq Azercell-dən pulsuz internet paketi də qazanmaq mümkündür.
“Qafqazinfo” xəbər verir ki, bu gün, martın 19-da Azərbaycan bazarında yeni Samsung Galaxy S5 modelinin ekslüziv və rəsmi təqdimatı baş tutub. Tədbirdə Azercell şirkətinin rəsmi nümayəndələri iştirak edərək, bu model smartfonlar üçün əvvəlcədən sifariş xidmətinin və yeni kampaniyanın başlanması barədə məlumat verib.
Yeni kampaniya zamanı abunəçilər Samsung S5 telefonlarını həm Azercell-in, həm də Integral mağazalar şəbəkəsinin İnternet səhifəsindən 659 AZN-ə sifariş etmək imkanı əldə edəcəklər. Bu zaman abunəçilərə Samsung aksessuarları üçün istifadə olunacaq əlavə 100 AZN-lıq hədiyyə vauçeri təqdim ediləcək. Bundan əlavə, abunəçiyə, həmçinin, 3 ay ərzində hər ay 4GB həcmində pulsuz internet hədiyyə olunacaq. Qeyd edək ki, istənilən fakturalı Azercell abunəçisi bu kampaniyaya qoşula bilər.
Samsung S5 telefonları üçün sifarişlər martın 19-dan aprelin 9-na qədər qəbul edilir. Hər bir Azercell abunəçisi kampaniyaya qoşulub Bahar bayramını yeni telefon və pulsuz İnternetlə qarşılaya biləcək.
Novruz Bayramınız mübarək! Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz
Son xəbərlər
Son Xəbərlər