“Samsung” şirkəti 3 ekranlı smartfon istehsal edə bilər - Fotolar

samsung-sirketi-3-ekranli-smartfon-istehsal-ede-biler
Oxunma sayı: 1221

Samsung” şirkəti qeyri-adi smartfonun patentini alıb.

“Qafqazinfo” Technote-yə istinadən xəbər verir ki, həmin smartfon “Nə qədər çox bir o qədər yaxşı” devizi altında hazırlanacaq. Burda söhbət, smartfon ekranlarının sayından gedir.

Patent sorğusunda əks olunmuş qeyri-adi smartfon modeli 3 ekrana sahibdir. Birinci ekran smartfonun ön panelində, ikinci ekran arxa panelində, üçüncü ekran isə smartfonun yuxarı hissəsində yerləşir.

Faktiki olaraq smartfonun yuxarı hissəsində yerləşən ekran əslində heç ekran deyil. Bu, bildirişlərin, zamanın, tarixin və s. kimi özəlliklərin əks olunduğu kiçik paneldir. İstifadəçi öz barmağı ilə həmin paneli aşağı hissəyə endirərək lazımi tətbiqə daxil ola bilər. İki əlavə ekran smartfon kamerası vasitəsilə çəkiliş zamanı lazım ola bilər. Həmin kiçik panelə inteqrasiya ediləcək kameradan həm selfi kamerası kimi, həm də əsas kamera kimi istifadə etmək mümkün olacaq.

Bundan başqa, bu smartfon tərcüməçi kimi də çıxış edə bilər. Belə ki, istifadəçi öz dilində danışacaq, tərcümə hissəsi isə arxa paneldəki ikinci ekranda əks olunacaq və onun qarşısında duracaq ikinci şəxs həmin tərcümə mətnini görə biləcək. Bu həmçinin əks istiqamətdə də çalışacaq. İkinci şəxs öz dilində danışır və siz ön paneldəki əas ekranda tərcümə olunmuş mətni görürsünüz. Təbii ki, bu hələki sadəcə olaraq bir patentdir və gələcəkdə “Samsung” şirkətinin bu cür smartfonnu istehsal edib-etməyəcəyi bilinmir.