Samsung smartfonu əldə edin və Bakcell-dən xüsusi bonuslar qazanın

samsung-smartfonu-elde-edin-ve-bakcell-den-xususi-bonuslar-qazanin-
Oxunma sayı: 674

“Qafqazinfo”nun məlumatına görə, 11 Mart 2013-cü il tarixindən etibarən Bakı şəhəri və ölkənin istənilən regionunda yerləşən Bakcell-in rəsmi diler mağazalarından Samsung smartfonu əldə edən hər bir CİNeration abunəçisi Bakcell-dən xüsusi bonuslar almaq imkanı qazanacaq.
Kampaniyaya qoşulub aşağıda göstərilən Samsung smartfonlarından birini alan hər bir CİNeration abunəçisinə kampaniya çərçivəsində hər ay 100 şəbəkədaxili dəqiqə, 100 SMS, 100 MMS və 200 MB İnternet trafiki təklif olunacaq:
• Samsung S5830
• Samsung S5300/S5302
• Samsung I8160
• Samsung S6102
• Samsung S6802
• Samsung S7562
• Samsung B5512
Bakcell-in istənilən diler mağazasından kampaniyada iştirak edən telefonu əldə edib elə yerindəcə kampaniyaya qoşulan CİNeration abunəçilərinə aylıq bonus paketi veriləcək. Bonuslar toplanılmır və hər ayın sonunda silinəcək. Aylıq bonusları əldə etmək üçün balansa hər ay ən azı 10 AZN yükləmək lazımdır. Odur ki, sadəcə olaraq balansınıza hər ay 10 AZN yükləyin və Bakcell-dən aylıq bonusu alıb pulsuz zənglər və internetdən faydalanın.