Samur-Abşeron kanalında batan iki nəfərin meyiti tapılıb - Yenilənib

samur-abseron-kanalinda-batan-iki-neferin-meyiti-tapilib
Oxunma sayı: 2327

Quba rayonunda iki nəfər Samur-Abşeron kanalına düşüb.
 
“Qafqazinfo”nun APA-ya istinadən verdiyi məlumata görə, hadisə kanalın Gədikqışlaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 
 
Kənd sakinləri 56 yaşlı Vidadi Mehrəliyev və 54 yaşlı Səhrab Seyfulovun axtarışlarına Fövqəladə Hallar Nazirliyinin xilasetmə qrupu cəlb olunub, axtarışlar davam etdirilir.   

***

Fövqəladə Hallar Nazirliyinin xilasetmə qrupu tərəfindən sudan çıxarılan  Qubanın Gədikqışlaq kənd sakinləri 56 yaşlı Vidadi Mehrəliyev və 54 yaşlı Səhrab Seyfulovun meyiti aidiyyatı üzrə təhvil verilib.