Samur-Abşeron su kanalının Qusar rayonu, Samur qəsəbəsi ərazisindən keçən hissəsində 2 nəfər batıb.
Bu barədə "Qafqazinfo"ya FHN-dən məlumat verilib.
Hadisə yerinə nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
Əlavə məlumat veriləcək.
***
Samur-Abşeron kanalında batan 2 şəxsin meyiti tapılıb.
"Qafqazinfo"nun məlumatına görə, Qusar rayonu, Samur qəsəbə sakinləri 1993-cü il təvəllüdlü Əlirzayev Əlirza Tofiq oğlu və 1988-ci il təvəllüdlü Qasımov Vadim Ənibala oğlunun meyitləri sudan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.
Emin Gülağaoğlu
Son xəbərlər
Son Xəbərlər