Samux və Ağsuda da qaz kəsiləcək

Samux və Ağsuda da qaz kəsiləcək
Oxunma sayı: 306

Samux rayonu ərazisində yerləşən orta təzyiqli yeraltı qaz xəttində sızma aşkarlanıb və onun ləğvi üçün zəruri tədbirlərin görülməsinə başlanılıb. 

“Azəriqaz” İstehsalat Birliyindən “Qafqazinfo”ya verilən məlumata görə, görüləcək təmir işlərinə görə bu gün səhər saat 09.00-dan işlər bitənə qədər Samux rayonunun 10 yaşayış məntəqəsinin qaz təchizatı dayandırılıb. 

Ağsu rayonunda da eyni səbəbdən təmir işləri aparılacaq və rayonun 9 kəndində səhər saat 09.00-dan 18.00-dək qaz təchizatı dayandırılıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi