Samuxda 21 yaşlı gənc meşədə özünü asdı

samuxda-21-yasli-genc-mesede-ozunu-asdi-
Oxunma sayı: 1627




“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, yanvarın 30-da saat 19 radələrində Samux rayon Hacallı kəndi ərazisində yerləşən meşə massivində iplə ağacdan asılı vəziyyətdə kişi meyiti aşkarlanıb.
 
Araşdırma zamanı məlum olub ki, özünü asan şəxs Gəncə şəhər sakini, 1993-cü il təvəllüdlü Xəlilov Rəşid Aydın oğludur.
 
Polisdən bildiriblər ki, 21 yaşlı gənc ruhi xəstəlikdən əziyyət çəkirmiş.
 
Faktla bağlı Samux Rayon Prokurorluğunda cinayət işi açılıb, istintaq gedir.