Samuxda 37 yaşlı kişi qətlə yetirilib.
“Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun İstixana qəsəbəsində baş verib.
37 yaşlı Sadıqov Elşən Suliddin oğlu ürək nahiyəsində bıçaqlanıb.
Yaralı xəstəxanaya çatırılsa da həyatını xilas etmək mümkün olmayıb.
Araşdırma aparılır.
***
DİN-in Mətbuat Xidmətinin Gəncə Regional qrupunun baş inspektoru, baş leytenant Eşqin Qasımov saytımıza açıqlamasında bildirib ki, Samux Rayon Polis Şöbəsinə rayon sakini Elşən Sadıqova bıçaqla xəsarət yetirilməsi, nəticədə xəstəxanaya aparılarkən yolda vəfat etməsi barədə məlumat daxil olub:
"Məlumatla əlaqədar Samux Rayon Prokurorluğu və Polis Şöbəsinin əməkdaşları hadisə yerinə yerində araşdırmalar aparıb. Araşdırmalar nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 1973-cü il təvəllüdlü Habil Qasımov saxlanılıb".
Amin Nəzərli


Son xəbərlər
Son Xəbərlər