Samuxda ev yanıb

samuxda-ev-yanib
Oxunma sayı: 1152

Samux rayonunun Qarabağlar kəndində ümumi sahəsi 150 m² olan birmərtəbəli 4 otaqlı evin dam örtüyü 150 m² sahədə və 2 otağının yanar konstruksiyaları 115 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən "Qafqazinfo"ya verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.