Samuxda evdə partlayış, nənə və nəvəsi xəsarət aldı

samuxda-evde-partlayis-nene-ve-nevesi-xesaret-aldi
Oxunma sayı: 1654

Samuxda yaşayış evində partlayış olub. 

"Qafqazinfo"nun xəbərinə görə, hadisə rayonun Ziyadlı kəndində baş verib. 

Yaşayış evində baş verən partlayış nəticəsində 1937-ci il təvəllüdlü Sarıtel Ağayeva və onun nəvəsi, 1993-cü il təvəllüdlü Hüseyn yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Vəziyyətlərinin kafi olduğu bildirilir. 

Partlayışın qaz sızmasından baş verdiyi qeyd olunur.

Faktla bağlı araşdırma aparılır. 

Elmar Əli