Samuxda evdə partlayış oldu, nənə və nəvə yaralandı

samuxda-evde-partlayis-oldu-nene-ve-neve-yaralandi
Oxunma sayı: 1366

Samuxda qaz sızması partlayışa səbəb olub.

"Qafqazinfo" nun xəbərinə görə, hadisə rayonun Qarayeri qəsəbəsində baş verib. Kənd sakini 1957-ci il təvəllüdlü İsmayılova Elmira Kərəm qızı həyətdə olan yardımçı tikilidə qaz sobasını yandırmaq istəyərkən partlayış baş verib. Hadisə zamanı E. İsmayılova və onun azyaşlı nəvəsi yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

Partlayışa tikiliyə qaz sızmasının səbəb olduğu bildirilir. 

Elmar Əli