Samuxda qaz sızması partlayışa səbəb oldu

samuxda-qaz-sizmasi-partlayisa-sebeb-oldu
Oxunma sayı: 812

Samuxda qaz sızması nəticəsində partlayış baş verib.

"Qafqazinfo" xəbər verir ki, hadisə nəticəsində rayon sakini, 1937-ci il təvəllüdlü Səttar Xəlilov yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə S.Xəlilova məxsus həyətdə yerləşən yardımçı otaqda baş verib. 82 yaşlı yaralının vəziyyəti orta-ağır qiymətləndirilir.

Elmar Əli