Samuxda qətl hadisəsi baş verib

samuxda-qetl-hadisesi-bas-verib
Oxunma sayı: 1910

Samux rayonunun Sərkar kəndində qətl hadisəsi baş verib. 

“Qafqazinfo”nun məlumatına görə, 1990-cı il təvəllüdlü Məmmədov Elşən Arzu oğlu bıçaqlanaraq qətlə yetirilib. O, xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. 

Mərhumu qətlə yetirənin kimliyi hələ ki, müəyyənləşməyib. 

Faktla bağlı Samux rayon Polis şöbəsində araşdırma aparılır.

Elmar Əli