Samuxda silsilə oğurluq edən şəxslər saxlanıldı

samuxda-silsile-ogurluq-eden-sexsler-saxlanildi
Oxunma sayı: 729

Samuxda silsilə oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan "Qafqazinfo"ya verilən məlumata görə, araşdırmalar nəticəsində rayon sakinləri N.Nəbiyev, V.Nəbiyev və A.Nəbizadənin müxtəlif vaxtlarda vətəndaşlara məxsus fərdi yaşayış evinə qeyri-qanuni yolla daxil olaraq oradan ümumi dəyəri 1800 manat olan müxtəlif növ elektrik və metal məişət avadanlıqlarını oğurlaması məlum olub.

Şübhəli şəxslər maddi sübutlarla birlikdə istintaqa təhvil verilib.