Samuxda ümumrayon iməciliyi keçirilib - Fotolar

samuxda-umumrayon-imeciliyi-kecirilib
Oxunma sayı: 1435

Samux rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” və “Təmiz ölkəm” layihəsi çərçivəsində ümumrayon iməciliyi keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, rayonun Ziyadlı kəndində Kür yolunun ətrafında keçirilən aksiyada Samux Rayon İcra Hakimiyyətinin əməkdaşları, idarə, müəssisə və təşkilatların işçiləri, yerli sakinlər könüllü şəkildə iştirak ediblər.

İməcilikdə yolun kənarına yeni əkilmiş ağacların ətrafı qurumuş ot, ağac və gül kollarından təmizlənib, yeni ağac və gül kolları əkilib.