Samuxda “Vaz” yandı- - Sürücüsü yaralandı

samuxda-vaz-yandi-
Oxunma sayı: 721


“Qafqazinfo” FHN-ə istinadən xəbər verir ki, şəhər ərazisində vətəndaşa məxsus “Vaz” markalı minik avtomobilinin salonu yanıb, yüksək temperaturdan digər vətəndaşa məxsus olan yaxınlıqdakı mağazanın lambirdən ibarət üzlüyü 5 kv.m sahədə əriyib. 

Yanğın zamanı 1 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. 

Avtomobilin və mağazanın qalan hissəsi yanğından mühafizə olunub. 

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.