Samuxda yarımstansiyada partlayış olub - Xəsarət alan var

samuxda-yarimstansiyada-partlayis-olub
Oxunma sayı: 2731

Samuxda elektrik yarımstansiyasında partlayış olub, xəsarət alan var.

"Qafqazinfo"nun xəbərinə görə, hadisə rayonun Ziyadlı kəndində baş verib. Növbədə olan rayon sakini - 58 yaşlı İslam Bayramov yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. 

Məlumata görə, İ.Bayramov stansiyada olan nasazlığı aradan qaldıran zaman partlayış baş verib və o yanıq xəsarəti alıb. 

Elmar Əli