Samuxda yol qəzasında 1 nəfər öldü - Fotolar

samuxda-yol-qezasinda-1-nefer-oldu
Oxunma sayı: 3182

Gəncə- Samux avtomobil yolunun 1-ci km-liyində nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hərəkətdə olan “Opel” markal avtomobillə “VAZ 2107” markalı avtomobilin toqquşması nəticəsində 73 yaşlı Həsənov Elham dünyasını dəyişib.

Onun Samux rayonunda poçt şöbəsində işlədiyi bildirilir.

1989-cu il təvəllüdlü Məhərrəmov Nicat isə ağır yaralı olaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Elmar Əli