Samuxda zəlzələ baş verib.
“Qafqazinfo” Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, zəlzələ yerli vaxtla saat 03.15-də Gəncədən 18 km şimal-şərqdə, Samux rayonu ərazisində qeydə alınıb.
Yeraltı təkanların maqnitudası 3.6, dərinliyi 12 km olub. Zəlzələ hiss olunmayıb.