“San Siro”da “Real”a sürpriz - Əfsanələr bir arada

san-siroda-reala-surpriz
Oxunma sayı: 1815

Bu gün “Atletiko” ilə Çempionlar Liqasının finalına hazırlaşan “Real” artıq “San Siro” stadionunda son məşqinə çıxıb.

Qafqazinfo” xəbər verir ki, komanda məşq zamanı sürprizlə qarşılaşıb. 

“Qalaktikos”un əfsanə futbolçuları Pako Hento, Raul Qonzales, Roberto Karlos, Predraq Miyatoviç və Amaro Amansio sabiq klublarına baş çəkiblər.

Onlar komanda üzvləri və baş məşqçi Zinəddin Zidanla görüşüblər. Əfsanələr finalda “Real”a uğurlar arzulayıblar.