SANATANA İdrakın Transformasiya Mərkəzi tədbir keçirib - Fotolar

sanatana-idrakin-transformasiya-merkezi-tedbir-kecirib
Oxunma sayı: 3515

SANATANA İdrakın Transformasiya Mərkəzində tədbir keçirib

“Qafqazinfo” xəbər verir ki, SANATANA İdrakın Transformasiya Mərkəzi tərəfindən təşkil edilmiş tədbirdə Bhakti Viqiyana Qosvami Maharac “Dəyişən dünyada sabit qalmanın sirri” mövzusunda mühazirə verib.

Mühazirədə millət vəkilləri, iş adamları və digər ziyalı şəxslər iştirak ediblər.

SANATANA İdrakın Transformasiya Mərkəzinin təsisçisi və rəhbəri Dr. Arzu Yusifova “Sevgi və xidmətlə bəsləyəcəyimiz dünyamızın və qəlbimizin  çiçəklənməsi  arzusu ilə sizi on minlərlə insanın həyatında təmənnasız sevginin, həqiqi biliyin işığını yandırmış dəyərli ustadım Bhakti Viqiyana Qosvami Maharac” dəyə qonaqlara təqdim edib.

O bu mühazirənin Mərkəzin fəaliyyətinin ilk addımı olduğunu və yaxın gələcəkdə dəyişkən dünyanın yorğun insanlarını daimi rahatlığa gedən yolun sirləri ilə tanış edəcəyini planladığını deyib.

Mühazirə zamanı Bhakti Viqiyana Qosvami Maharac xoşbəxt və hüzurlu yaşamanın mümkünlüyü barədə danışıb.

Qədim Veda biliklərini, qədim mətnlərdən, həyat nümunələrindən, müasir tədqiqatlardan istifadə edərək maraqlı və əlçatan şəkildə izah edib.

Mühazirənin sonunda iştirakçıların suallarını cavablandırıb.