Sanatoriyada qonşu qonşunu bıçaqladı - - Vəziyyəti ağırdır

sanatoriyada-qonsu-qonsunu-bicaqladi-
Oxunma sayı: 1404


"Qafqazinfo"nun verdiyi xəbərə görə, hadisə Buzovna qəsəbəsi, Xəzər sanatoriyasında olub.

Sanatoriyada yaşayan qonşular dava edib. Nəticədə 1992-ci il təvəllüdlü Zahir Hüseynov qonşusu 1991-ci il təvəllüdlü Sənan Şükürovu bıçaqlayıb. 

S.Şükürov kürəyindən və böyrək boşluğundan aldığı yara ilə xəstəxanaya yerləşdirilib. İlkin olaraq vəziyyəti ağır kimi qiymətləndirilib.

Murad Əhməd