Sancı ilə imtahana girib, çıxanda doğuş etdi - Fotolar

sanci-ile-imtahana-girib-cixanda-dogus-etdi
Oxunma sayı: 2018

İngiltərədə 20 yaşlı tələbə Kiara Darbişirin imtahana girən zaman doğuş sancıları başlayıb.

“Qafqazinfo” xəbər verir ki, ağrıkəsici cihazla 90 dəqiqəlik imtahanda iştirak edən hamilə tələbə, imtahandan bir neçə saat sonra doğuşa girib.

Maraqlıdır ki, müəllimləri tələbəyə imtahanı başqa tarixə ertələməyi təklif edib. Lakin Darbişir bunu qəbul etməyib. Nəticədə o, həm imtahandan keçməyi bacarıb, həm də ikinci övladını dünyaya gətirib.

Qeyd edək ki, jurnalistika ixstisası üzrə oxuyan Darbişirin ilk övladı 16 yaşında dünyaya gəlib. O həmin vaxt da imtahana doğuş sancıları ilə daxil olub.