Sanders də prezidentlik yarışından çəkildi

sanders-de-prezidentlik-yarisindan-cekildi
Oxunma sayı: 1587

Amerikalı senator Berni Sanders prezidentliyə namizədliyini geri götürüb.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, bununla da ABŞ-ın keçmiş vitse-prezidenti Co Baydenin Demokrat partiyasından yeganə rəqibi də meydandan çəkilmiş olub.

“Senator Berni bütün əməkdaşlara elan etdi ki, prezidentlik uğrunda öz kampaniyasını dayandırır”, - deyə məlumatda bildirilir.

Qeyd edək ki, ABŞ-da bu ilin noyabrında prezident seçkiləri keçiriləcək.