“Sanki “Azərsu” bizlə bəhsəbəhs edir”

sanki-azersu-bizle-behsebehs-edir
Oxunma sayı: 2831

“Sanki “Azərsu” bizlə bəhsəbəhs edir. Mənim Zaqatalanın kəndlərindəki su problemi ilə bağlı qaldırdığım hər müraciətdən sonra vəziyyət çətinləşir”.

“Qafqazinfo” xəbər verir ki, bunu deputat  Elşən Musayev parlamentdə deyib. O qeyd edib ki, su problemi ilə bağlı 1000-ə yaxın insan müraciət edib: “Buradan bir daha “Azərsu”ya müraciət edirəm ki, təcili addımlar atsınlar. Elə olmasın ki, kəndlər Ərəbistanın çöllərinə bənzəsin”.

Günel Türksoy