“Sanki meydanda yox idik” - Terimdən etiraf

sanki-meydanda-yox-idik-
Oxunma sayı: 1847

AÇ-2016-nın qrup mərhələsinin ikinci turunda İspaniyaya 0:3 hesabı ilə uduzan Türkiyə yığmasının baş məşqçisi Fatih Terim qarşılaşmadan sonra açıqlama verib.

Qafqazinfo” xəbər verir ki, təcrübəli mütəxəssis komandasının oynamaq istəmədiyini bildirib. Terim bununla bağlı tədbir görəcəyini deyib: “İspaniya başqa səviyyədə komandadır. Bunu qəbul etmək lazımdır. Türkiyə millisi isə sadəcə 30 dəqiqə meydanda oldu. Ondan sonra sanki yox idik. Mən oyunçu kimi də, məşqçi kimi də həmişə sona qədər oynamağı üstün tutmuşam. Bugünkü oyunçular isə matçı yarıda buraxdılar. Sanki hamısı oyundan imtina etmişdi, ötürmə belə vermirdilər. Bunu qəbul edə bilmərəm. Mütləq lazım olanı edəcəm. Mənim komandam belə durumda ola bilməz. Nəticəyə görə bütün Türkiyədən üzr istəyirəm”.