Topaz Premyer Liqasının 35-ci turunda "Neftçi" "İnter"i 4:2 hesabı ilә mәğlub edib.
“Qafqazinfo” xәbәr verir ki, oyundan sonra "ağ-qaralar"ın baş mәşqçisi Vәli Qasımov bunları deyib:
"Oyuna yaxşı başlamadıq. Sanki yuxulu idik. Amma sonrada özümüz gәldik. Lazım olan qolları vurub qәlәbә qazandıq. Bu 3 xal bizә lazım idi. Digәr oyunlarını nәticәlәri ilә maraqlanmırdıq. Bizi öz matçımız maraqlandırırdı".
Vәli Qasımov Erik Ramosun zәdәsindәn vә gәlәcәk taleyindәn dә danışıb: "Erik Ramos hәlә oynaya bilmәz. Onun komandadan gedәcәyi ilә bağlı isә qәrar verilmәyib".
Son xəbərlər
Son Xəbərlər