“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu fikirləri prezident Həsən Ruhani səsləndirib. Onun sözlərinə görə, sanksiyalar ləğv edilərsə İran tərəfi eyni gündə razılaşmanı imzalayacaq. Ruhani bildirib ki, nüvə danışıqlarında iştirak edən bütün tərəflərin qarşılıqlı mənfəət əldə etməsini istəyir.
Qeyd edək ki, “altılıq” ölkələri ilə İran arasında Lozannada aprelin 2-i baş tutan danışıqlarda əldə edilən razılaşmaya görə, nüvə proqramı üzrə sazişin hazırlanması iyunun 30-u başa çatacaq.
Razılaşmanın şərtlərinə görə, İran nüvə obyektlərinin 2/3 hissəsinin fəaliyyətini 10 il ərzində dayandıracaq. Eyni zamanda, uranın zənginləşdirilməsi ilə bağlı bütün proqramları 25 il müddətinə beynəlxalq nəzarətə verəcək.
Son xəbərlər
Son Xəbərlər