Sanksiyalardan sonra İranla ilk böyük neft sazişi

sanksiyalardan-sonra-iranla-ilk-boyuk-neft-sazisi
Oxunma sayı: 1926

Yunanıstanın “Hellenic Petroleum” neft şirkəti İrandan “qara qızıl” alışına dair bu ölkənin dövlət neft şirkəti ilə uzunmüddətli saziş imzalayıb.

“Qafqazinfo”nun ans press-ə istinadən məlumatına görə, saziş neft hasilatı və 2011-ci ildə İrana qarşı tətbiq edilən sanksiyalara görə yaranan maliyyə məsələlərinin həllini nəzərdə tutur.

İran qərbin sanksiyalarının üzərindən götürülməsindən sonra neftin qiymətlərinin düşməsi fonunda iqtisadiyyatını möhkəmləndirmək üçün xarici investisiyalardan ildə 50 milyard ABŞ dolları əldə etməyi planlaşdırır.

Daha əvvəl İran neft bazarında Səudiyyə Ərəbistanı ilə rəqabətə davam gətirmək üçün avropalı istehlakçılara endirim təklif etməyə hazırlaşdığını bəyan etmişdi.

Yanvarın 18-də İran rəsmi olaraq sutka ərzində neft hasilatını 500 min barel artırdığını elan edib.