Sanksiyaların müddətini 1 il də uzatdı

sanksiyalarin-muddetini-1-il-de-uzatdi
Oxunma sayı: 1219

ABŞ prezidenti Donald Tramp Yəmənə qarşı sanksiyaların müddətini bir il də uzadıb.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu haqda ABŞ liderinin konqresə ünvanladığı bildirişində deyilir.

“Yəmənin bəzi keçmiş hökumət üzvlərinin siyasəti Yəmənin sülh, təhlükəsizlik və sabitliyinə təhlükə yaradır. Həmçinin, onlar siyasi proseslərə və 2011-ci il noyabrın 23-də Yəmən hakimiyyəti ilə müxalifət arasında imzalanan sülh anlaşmasının həyata keçirilməsinə mane olurlar” - sənəddə qeyd edilib. 

Qeyd edək ki, ABŞ-ın Yəmənə qarşı sanksiyaları 2012-ci ildən qüvvədədir.