Sankt-Peterburqda Rabitə Akademiyasında partlayış - Yaralılar var+Yenilənib

sankt-peterburqda-rabite-akademiyasinda-partlayis
Oxunma sayı: 2239

Rusiyanın Sankt-Peterburq şəhərinin Tixoretski prospektində yerləşən Budyonnıy Rabitə Akademiyasında partlayış baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Baza” teleqram kanalı məlumat yayıb.

İlkin məlumata görə, hadisə nəticəsində 7 nəfər xəsarət alıb. Onlardan ikisinin vəziyyəti ağırdır. Hazırda partlayış yerində təcili yardım xidmətləri işləyir.

Akademiyaya pilotsuz təyyarə ilə hücum edildiyi iddia edilir. Bu məlumat hələ ki, rəsmi təsdiqini tapmayıb.

***

Hadisə ilə bağlı Sankt-Peterburq qubernatoru Aleksandr Beqlov məlumat yayıb.

“Akademiyada baş verən insident terror xarakteri daşımır və Rusiya Müdafiə Nazirliyinin məsuliyyət dairəsinə daxildir. Səbəbləri mütəxəssislər müəyyənləşdirir. Zərərçəkənlərə yardım edilir”, - deyə şəhər rəhbəri vurğulayıb.

Beqlov medianı və Sankt-Peterburq sakinlərini yalnız rəsmi məlumatlara etibar etməyə və yoxlanılmamış məlumatları yaymamağa çağırıb.