Şanlıurfanın bələdiyyə sədri məhkəmə zalında həbs edildi

sanliurfanin-belediyye-sedri-mehkeme-zalinda-hebs-edildi
Oxunma sayı: 1801

Türkiyənin Şanlıurfa bələdiyyə sədri, HDP-li Hatice Çevik həbs edilib.

“Qafqazinfo” “Hürriyet”ə istinadən xəbər verir ki, Çevik “terror təşkilatına üzv olmaq”, “terror təşkilatının təbliğatını aparmaq” itithamları ilə məhkəmə zalındaca tutulub.

Xatırladaq ki, bələdiyyə sədri noyabrı 15-də saxlanılmışdı. Onun yerinə Kənan Aktaş vəzifəyə gətirilmişdi.