“Şansımız olmasa da oyuna ciddi hazırlaşırıq”

sansimiz-olmasa-da-oyuna-ciddi-hazirlasiriq
Oxunma sayı: 829

“Şansımız olmasa da oyuna ciddi hazırlaşırıq”. “Qafqazinfo” xəbər verir ki, bu sözləri “Qarabağ”ın müdafiəçisi Maksim Medvedev deyib.

Milli komandamızın üzvü Avropa Liqasının qrup mərhələsinin son turu çərçivəsində “Düdelanj”la keçiriləcək oyunöncəsi mətbuat konfransına qatılıb.

O, bildirib ki, matçın əhəmiyyəti böyük olmasa da, qələbə qazanmaq arzusundadılar: “Oyunun əhəmiyyəti bəlkə böyük olmaya bilər. Çünki qrupdan çıxmaq baxımından heç bir rol oynamır. Ancaq biz hər matça olduğu kimi, sabahkı görüşə də qələbə istəyi ilə çıxacağıq”.

Medvedev görüşə azarkeş marağının az olacağını düşünür: “Bizim işimiz futbol oynamaqdı. Azarkeşlər üçün isə şou kimi olur. İstərdim ki, hər oyunda tribunalar dolu olsun. Bu, bizə əlavə qüvvə verir. Bəzi azarkeşlər oyuna gəlməyəcəklər. Amma əsl azarkeşlər komandaya dəstək verməlidilər. Mən sevimli komandama belə azarkeşlik etsəydim, oyunlarına gedərdim”.