Şansını “Final”da sına!

sansini-finalda-sina
Oxunma sayı: 953

“Araz” supermarketlər şəbəkəsi bol hədiyyəli kampaniyalarla müştərilərini sevindirməyə davam edir. 1-30 sentyabr tarixlərində müştərilərimiz qeydiyyatlı bonus kartları ilə  minimum 10 AZN dəyərində yalnız “Final” məhsullarından alır və yüzlərlə dəyərli hədiyyədən birini qazanma şansını əldə edir. Lotereyada iştirak etmək üçün bonus kartınızın qeydiyyatda olması vacibdir. Həmçinin, bonus kartda qeyd edilən ad, soyad və əlaqə nömrəsinin düzgünlüyündən əmin olun.  

Unutmayın hər 10 AZN-lik alış-veriş 1 lotereya şansı deməkdir. Daha çox alış-veriş edərək, qazanmaq şansınızı da artıra bilərsiniz. Lotereyada nə az, nə çox tam 702 ədəd hədiyyə oynanılacaq. Super prizimiz isə 10,000 AZN pul mükafatıdır.

Qeyd edək ki, lotereyada iştirak zamanı müştəriyə fiziki kupon təqdim edilmir. Şərtlərə əməl etmiş iştirakçıların məlumatları sistemdən götürülərək onlayn lototrona daxil ediləcək. Qaliblər 10 oktyabr tarixində təsadüfi üsulla seçiləcək. Seçim prosesi “Araz”-ın rəsmi “Facebook” səhifəsində canlı yayımla göstəriləcək. Eyni zamanda lotereya haqqında ətraflı məlumatı rəsmi saytımızdan, instagram və facebook hesablarımızdan da əldə edə bilərsiniz.