“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk Topaz Premyer Liqasının 24-cü turu çərçivəsində “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib.
“Qafqazinfo” “Futbolinfo.az”a istinadən xəbər verir ki, bölgə təmsilçisinin ukraynalı çalışdırıcısı 1:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
- Danışmaq çətindi. Bu oyunda 3 xal qazanmalı idik, amma bacarmadıq. İlk hissədə rəqib 5-7 dəqiqə topa nəzarət etdi. Bunu nəzərə almasaq, komandamız yaxşı oynadı, amma qol şanslarını dəyərləndirə bilmədik. Yolumuza davam etməliyik.
- Liderlə xal fərqi 4-ə çatdı. Çempionluq şansının minumuma endiyini demək olarmı?
- Nəticədən asılı olmayaraq, növbəti matçlarda qələbə qazanmalıyıq. Bugünkü xal itkisi ilə vəziyyətimizi çətinləşdirdik. Şanslarımız öz əlimizdə deyil. Növbəti görüşlərdə qalib gəlməliyik
Son xəbərlər
Son Xəbərlər