“Qafqazinfo” xəbər verir ki, komandanın baş məşqçisi Fatih Terim oyun haqda fikirlərini açıqlayıb: "Belə oyunlarda 2 fərqlə hesabda irəli olmasanız, çətin qələbə qazanarsınız. Oyunda sonra da futbolçularıma dedim ki, "yaxşı oynadıq, epizodları dəyərləndirə bilmədik və heç-heçə etdi. Amma bu, bəhanə deyil, bu nəticə bizə yaraşmadı".
Çexiya ilə oyunda Arda Turanın cərimə meydançasının daxilində yıxılmasına isveçli hakimdən başqa hər kəs penalti olduğunu dedi. Bu oyunda isə Burak Yılmazın vurduğu təmiz qola ofsayt qərarı verən yenə isveçli hakim. Təəssüf ki, iki isveçli hakim bizim qanımızı qaraldıb. Belə hakim səhvləri bir dəfə də bizim leyhimizə olsun".0
Terim iki gün sonra qarşılaşacaqları Hollandiya matçı haqda da danışıb: "Əgər Latviyanı məğlub edib turnir cədvəlində Hollandiya arxada qoysaydıq, futbolçuları psixoloji cəhətdən hazırlamaq asan olardı. Hollandiyanı məğlub etmək üçün əlimizdən gələn hər şeyi edəcəyik. Bir neçə oyundur ki, şanssızlığa görə xallar itiririk".
Son xəbərlər
Son Xəbərlər