“Santa-Barbara”nın aktyoru vəfat etdi

santa-barbaranin-aktyoru-vefat-etdi
Oxunma sayı: 3198

Amerikalı aktyor Con Kallahan 66 yaşında dünyasını dəyişib. “Qafqazinfo” bildirir ki, bu barədə “Variety” nəşri Kallahanın keçmiş həyat yoldaşı Eva Larüyə istinadən xəbər verib.

Nəşr yazır ki, aktyorun ölümünə səbəb insult olub.

Kallahan 1989-1992-ci illərdə “Santa-Barbara” serialında çəkilib. Bundan başqa, aktyor “Detektiv Raş”, “Çarəsiz ev qadınları”, “Əsas xəstəxana” və s. seriallarda rol alıb.

Eva Larü və Con Kallahan