Qadını şantaj edən Bakı sakini saxlanılıb.
“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, mayın 31-də Yasamal rayonu Mətbuat prospektində Ağcabədi rayon sakini Rakif Quliyev Bakı şəhər sakini olan və adı açıqlanmayan bir qadın barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib.
R.Quliyev qadından 3000 dollar alarkən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Son xəbərlər
Son Xəbərlər