“Şantajı Azərbaycana o gətirib...”

santaji-azerbaycana-o-getirib
Oxunma sayı: 5063


Deputat, Ümid Partiyasının sədri İqbal Ağazadə ölkədə baş verən son olayları «Yeni Müsavat»a şərh edərkən belə deyib. O, şəxsi həyatla şantaj məsələsinə də toxunub: “Bu, çox tərbiyəsiz bir şeydir. Heç kimin özəl həyatına heç kim müdaxilə edə bilməz, kimin nə etməyindən asılı olmayaraq. Amma yadıma tarixçələr düşür... 1993-cü ildə ünlü bir müxalifət liderini elə bu gün “ünlü” deyilən bir müxalifət lideri şantaj etmişdi -  bir kasetlə, onun şəxsi həyatı ilə. Biri qadın olmaqla, iki nəfərin səsi yazılmışdı və onunla şantaj olunmuşdu. Bu, faciədir. Təəssüf ki, indi həmin şəxsin özü də, çevrəsi də şantaj olunur. Amma vaxtı ilə o, şantaj etmişdi. Siyasətdə bu cür çirkli oyun qaydasını o tətbiq edib... O zaman şantaj olunan adam təşkilatdan çıxıb getmişdi sonda”.