“Şantajın qurbanı oldum” - Samirdən boşanma xəbərinə reaksiya + Foto

santajin-qurbani-oldum
Oxunma sayı: 8154

Müğənni Samir Piriyev xanımı ilə boşanacağına dair yayılan xəbərlərə münasibət bildirib.

"Qafqazinfo" xəbər verir ki, o, bu barədə şəxsi instaqram hesabında paylaşım edib.

"Düzdür, bizi ayırmaq istədilər. 10 ildə çoxları bizi ayırmaq üçün çalışdı. Amma təəssüf ki, ayrılığımıza sevinənləri üzəcəyik. Biz ayrılmamışıq, İnşallah, bir ömür ayrılmarıq. Səhvsiz insan yoxdur. Mən xəyanətin yox, sadəcə, bir mərdimazarın şantajının qurbanı oldum. Ümid edirəm, o, cəzasını alacaq. Xoşbəxtəm ona görə ki, həyatımda Anara kimi yoldaşım, üç gözəl balalarım var", - deyə ifaçı qeyd edib.