Santuş Polşa millisini çalışdıracaq

Santuş Polşa millisini çalışdıracaq
Oxunma sayı: 1546

Polşa millisinə yeni baş məşqçi təyin olunub. 

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, komandanı Portuqaliya millisinin sabiq baş məşqçisi Fernandu Santuş çalışdıracaq.

O, polyakların tarixində Leo Beenhakker və Paulo Souzadan sonra üçüncü əcnəbi məşqçidir.

Qeyd edək ki, Santuş dünya çempionatından sonra Portuqaliya millisinin baş məşqçisi vəzifəsindən azad edilib. Onun yerini belçikalı baş məşqçi Roberto Martinez tutub.

Xatırladaq ki, Qətərdə keçirilən turnirdə Mərakeş komandasına minimal hesabla məğlub olan portuqaliyalılar 1/4 finala yüksəlib.