Şanxayda otellər və turizm obyektləri yenidən işə başladı

sanxayda-oteller-ve-turizm-obyektleri-yeniden-ise-basladi
Oxunma sayı: 1530

Çinin Şanxay şəhərində 5200-dək otel və 83% turizm obyekti koronavirusla bağlı məhdudiyyətlərdən sonra fəaliyyətini bərpa edib.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, otellər və turizm mərkəzləri gündəlik 30%-dən çox olmayaraq ziyarətçi qəbul edə bilər. Turistlərin qeydiyyatının aparılması da mütləqdir.

Sahibkarlar və menecerlər məkanların girişində, dar yollarda sıxlığın qarşısını almaq üçün ziyarətçi axınını yönləndirməlidirlər.